Generalın məhkəməsinin vaxtı bəlli oldu - Qaralovla Usubov dindirləcəkmi?
Tarix: 24-12-2022 | Saat: 14:32
Bölmə:Karusel / Multimedia | çapa göndər
1216 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-12-2022 | Saat: 14:32
Bölmə:Karusel / Multimedia | çapa göndər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyev və tabeliyində olan şəxslərin apellyasiya şikayəti ilə bağlı növbə məhkəmə prosesinin vaxtı bəlli olub.
Qaynarinfo xəbər verir ki, növbəti proses dekabrın 26-da keçiriləcək. Mövlam Şıxəliyev də tabeliyində olan şəxslərin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə baxılır.
Əldə etdiyimiz məlumata görə, növbəti prosesdə zərərçəkənlər vəsatətlə çıxış edəcək. Onlar Mövlam Şıxəliyev və digərlərinin baş verən cinayətlərdə məsuliyyəti keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun üzərinə atdığına görə hər iki şəxsin dindirilməsini istəyəcəklər. Birinci instansiya məhkəməsində də oxşar vəsatətlər qaldırılıb. Lakin Zakir Qaralovla Rüstəm Usubovun dindirilməsi baş tutmayıb.
Bundan başqa, Mövlam Şıxəliyevin tabeliyində olan şəxslərin onun əleyhinə danışa biləcəkləri təxmin edilir. Çünki ilk iclaslarda Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov Mövlam Şıxəliyevlə fərqli mövqe sərgiləyiblər. Bildirilir ki, hər üç şəxs həbs olunmalarını generalın zərərçəkənlərə dəymiş zərəri ödəmək istəməməsi ilə əlaqələndirir. Ona görə də apellyasiya məhkəməsində fərqli mövqe tutaraq generalın zərəri ödəmək məcburiyyətində qalmasına çalışırlar.
Xəbəri paylaş
Digər xəbərlər
23-07-2023, 13:35
İnzibati rəhbər vəzifələrə qəbul üçün test imtahanı keçirilib
8-10-2024, 11:10
Spiker: Deputatlar Ceyhun Bayramova müraciət edərək, ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib
16-04-2024, 11:50
Belqorod səmasında 3 PUA məhv edildi
20-10-2021, 16:00
Xəstəxana direktorunun rüşvət almasının görüntüləri yayılıb
10-06-2021, 12:35
Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət
22-05-2025, 22:58
Hikmət Hacıyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
16-03-2022, 10:26
307 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
23-11-2020, 18:38
Mehriban Əliyeva: "Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun"






" style="width: 670px; height: 340px;">









