Tarix: 19-09-2022 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Qarabaginfo.az xəbər verir ki, prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o uşağı oğurlamayıb, valideynləri azyaşlını ona pul müqabilində satıb.
"Mənə qarşı irəli sürülən bu ittiham yalandır. Uşağı öz atasının razılığı ilə götürüb aparmışam.
Uşağı atası satıb. Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”.
O, əlavə edib ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.
İttihama görə, 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyev oğurlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.
Gültəkin Muradova şübhəli şəxs qismində saxlanılıb. O Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.
Digər xəbərlər