Saytımızı qiymətləndirin


 
 

Hər keçən gün şəhərdə sıxlıq artır - Yol polisindən xəbərdarlıq
Tarix: 02-09-2022 | Saat: 17:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Əlavə olaraq da, çoxları üçün məzuniyyət dönəminin bitməsi paytaxt ərzisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib.

 

 

A.Əsgərli  bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağa çağırıb:

 

"Dəfələrlə moped, velasiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ solağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımıza və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha hərəkət iştirakçılarından qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər