Saytımızı qiymətləndirin


 
 

TURKOVAC Azərbaycanda istehsal oluna bilər
Tarix: 17-09-2022 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər.

 

Qarabaginfo.az xəbər verir ju, bu barədə Trend-in suallarını cavablandıran Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) rəhbəri Erhan Akdoğan bildirib.

 

O qeyd edib ki, TURKOVAC-ın sınaqları ilə əlaqəli Azərbaycanla sıx təmasdadırlar.

 

“Onlayn formatda iclaslarımız keçirilir, məlumat mübadiləsi aparılır. Dünyada pandemiya səngiyib. Virusun yeni növlərinin ortaya çıxmasına baxmayaraq, artıq əvvəlki qədər təsiriedici sayılmır, ölüm sayı azalır. Bu da öz növbəsində vaksinlərin üzərində də müəyyən təsirə malikdir. Biz artıq virusun yeni növləri əsasında müəyyən işlər aparırıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığımıza davam edirik. Protokol əsasında Azərbaycana 1200 doza TURKOVAC vaksini göndərilib. Ehtiyac yaranarsa, əlavə dozalar da göndərə bilərik. Tələb olarsa, TURKOVAC Azərbaycanda da istehsal oluna bilər”, – deyə E. Akdoğan bildirib.

 

Qeyd edək ki, Azərbaycanda TURKOVAC-ın 3-cü faza klinik sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb. Sınaqlar 15 ay ərzində davam edəcək.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər