Saytımızı qiymətləndirin


 
 

Dünya Bankı: Qızılın qiyməti 2027-ci ilə kimi artmaqda davam edəcək
Tarix: 30-10-2025 | Saat: 15:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Dünya Bankı: Qızılın qiyməti 2027-ci ilə kimi artmaqda davam edəcək

Dünya bazarında qızılın orta qiyməti 2025-ci ildə 3400 dollar təşkil edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

Qeyd edilib ki, bu il üzrə qızılın orta qiyməti 42,4% faiz artacaq. Dünya Bankı 2026-cı il üzrə qızılın bir troya unsiyasının qiymətinin 5,1% artaraq 3575 dollara yüksələcəyini, 2027-ci ildə isə 5,6% ucuzlaşaraq 3375 dollara enəcəyini proqnozlaşdırıb.

Bildirilib ki, qızılın qiymətində hazırkı yüksəliş geosiyasi gərginliklərin artması və dolların zəifləməsi ilə üst-üstə düşür, lakin 1979–80-ci illərdəki kimi kəskin inflyasiya və enerji böhranı müşahidə olunmur. Bunun əvəzində, fərqləndirici amil kimi mərkəzi bank alışlarının rekord səviyyədə artması göstərilir. Belə ki, 2022-ci ildən bəri bu alışlar 2015–2019 dövrünə nisbətən iki dəfədən çox artıb.

Dünya Bankı ümumilikdə hesab edir ki, qiymətli metallar üzrə qiymət indeksi 2025-ci ildə 41%, 2026-cı ildə 6% artacaq, daha sonra 2027-ci ildə 6% azalacaq.

"Geosiyasi gərginlik və siyasət qeyri-müəyyənliyi artarsa, qızıl qiymətləri proqnozları da aşa bilər, lakin əsas iqtisadiyyatlarda sənaye fəaliyyətinin zəifləməsi halında gümüş və platin tələbi azalaraq qiymətləri aşağı sala bilər" - Bankın hesabatında şərh edilib.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər