Tarix: 16-09-2022 | Saat: 21:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kiyev hakimiyyəti bəyan edib ki, aktiv olaraq əks-hücum əməliyyatı aparmağa başlayıblar. Baxarıq bu, necə aparılır və nə ilə qurtaracaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında Ukraynanın təhlükısizlik zəmanətləri ilə bağlı layihə sənədinə münasibət bildirərkən deyib.
“Düzünü desəm, bu dəfə onların nə təklif etdiyi ilə tanış deyiləm. Biz Kiyev hakimiyyəti ilə danışıqlar aparanda İstanbulda, məşhur saziş layihəsindən sonra, hansı ki, bu sazişin imzalanması baş tutsun deyə biz Kiyevdən qoşunlarımızı geri çəkdik. Sazişi imzalamaq əvəzinə Kiyev hakimiyyəti dərhal bütün razılaşmalardan imtina etdi. Onları bunu zibil qutusuna atdılar və elan etdilər ki, Rusiya ilə heç bir razılığa getməyəcəklər, döyüş meydanında qalib gəlməyə nail olacaqlar”.
Rusiya prezidenti bildirib ki, ukraynalılar indi əks-hücum əməliyyatı aparırlar.
“Baxarıq, bu nə ilə bitəcək! O ki, qaldı təhlükəsizlik zəmanətlərinə, olduqca sərt zəmanətlər var. Həm bizim tərəfimizdən, NATO ölkələri tərəfindən həm də Türkiyə daxil olmaqla region ölkələri tərəfindən. Ümumilikdə, biz bununla razılaşmışdıq. Orada bir neçə məqamlar vardı ki, üzərində işlənilməliydi. Amma ümumilikdə razılaşmışdıq. Bu, olduqca ciddi tələblər idi. İndi onlar nə düşünüblər deyə onu bilmirəm. Onların bütün məsələlərlə bağlı mövqeyi az qala hər gün dəyişir. Baxmaq lazımdır”, - deyə Rusiya prezidenti vurğulayıb.
Digər xəbərlər