Saytımızı qiymətləndirin


 
 

İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir
Tarix: 04-08-2021 | Saat: 16:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir

 

Bakıda ictimai nəqliyyatda tibbi maskadan istifadəni təşviq etmək məqsədilə yol polisi tərəfindən reydlərə başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, ictimai nəqliyyat vasitələrində qanunvericiliyə uyğun reydlər keçirilir.

V.Əsədov bildirib ki, pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməlidir: “Reydlərin keçirilməsində məqsəd tibbi maskadan istifadəni təşviq etməkdir. Təkcə inzibati tənbeh tədbirləri görülmür, eyni zamanda, profilaktik tədbirlərin keçirilməsinə üstünlük verilir, təbliğat gücləndirilir, vətəndaşlara bu tələblərin yetirilməsinin vacibliyi vurğulanır.

Reydlərin keçirilməsində məqsədimiz vətəndaşları cərimələmək deyil. Bir daha vətəndaşlardan xahiş edirik ki, mövcud tələbləri yerinə yetirsinlər, özlərini və ətrafdakıları qorusunlar”.



Xəbəri paylaş

296 dəfə oxunub.

Digər xəbərlər