Saytımızı qiymətləndirin


 
 

Milli Qəhrəman Əliyar Əliyevin nəvələri də məktəbli oldu - Foto
Tarix: 15-09-2022 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Qəhrəman Əliyar Əliyevin nəvələri də məktəbli oldu

Şəhid Milli Qəhrəman Əliyar Əliyevin nəvələri də bu tədris ilində məktəbə gediblər.

Birinci Qarabağ müharibəsi döyüşçüsünün oğul nəvəsi Pərvin Əliyeva Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin birinci sinfində təhsilə başlayıb. 

Şəhidin adını daşıyan digər nəvəsi Əliyar Əliyev və qızının övladı Raul Həşimov isə həmin məktəbin məktəbəhazırlıq sinfinə qədəm qoyublar. 

Qeyd edək ki, əfsanəvi döyüşçü Əliyar Əliyev Yunan-Roma güləşi üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Qarabağ müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayıb, onun təşkil etdiyi tabor “Pəhləvanlar taboru” kimi da tanınıb. Əliyar Əliyev 1992-ci ilin oktyabrın 3-də Laçın rayonunun erməni işğalından azad olunması ilə bağlı keçirilən hərbi əməliyyatlar zamanı Tikanlızəmi yüksəkliyində şəhid olub.

Fotoda: Milli Qəhrəmanın qızı Pərvanə Əliyeva oğlu və qardaşı övladları ilə

 

 


 



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər