Tarix: 03-09-2020 | Saat: 18:33
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi bu ilin iyul ayından sonra hava limanında hərəkətin, o cümlədən Azərbaycan ərazisindən keçməklə tranzit uçuşların sayının artdığını müşahidə edir.
Qarabaginfo.az xəbər verir ki, “Report.az”a bu barədə aeroportan məlumat daxil olub.
Məlumata görə, hazırda ölkənin hava məkanından ən çox istifadə edən xarici aviaşirkət “Türk Hava Yolları”dır. Koronavirus pandemiyası dövründə bu aviaşirkətin hava məkanından aylıq istifadə göstəricisi 95-ə düşdüyü halda, iyuldan başlayaraq artıb və 220-yə çatıb.
2-ci yerdə isə “Sinqapur Hava Yolları" şirkəti qərarlaşıb. Əgər pandemiya dövründə bu aviaşirkət Azərbaycan üzərindən 100 uçuş həyata keçirmişdisə, iyuldan sonra 200-ə yüksəlib.
Hava məkanımızdan aylıq istifadə göstəricisi "British Airways”də 75-dən 180-ə, KLM-də 45-dən 180-ə, “AirFrance”da 5-dən 170-ə, “China Airlines”da 30-dan -140-a, “Eva Airways” 80-dən 140-a, “Swiss International Airlines”da isə 60-dan 140-a çatıb.
Digər xəbərlər