Saytımızı qiymətləndirin


 
 

Kuleba: “Hava məkanının bağlanması günhasız ukraynalıların xilası üçün vacibdir"
Tarix: 05-03-2022 | Saat: 22:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Dmitri Kuleba

 

NATO-nun Ukrayna səmasını bağlaması alyansın nə dərəcədə özünə güvənməsindən asılıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici jurnalistlər üçün keçirilən mətbuat brifinqində deyib.

"Əgər NATO özünə əmindirsə ki, o kifayət qədər güclüdür və Ukrayna səmasına Rusiya hava qüvvələri daxil ola bilməyəcək, Ukrayna səmasını qoruyan NATO təyyarələri ilə toqquşmaq istəməyəcək, o zaman müttəfiqlər Ukrayna səmasını bağlamalıdır. Yox, əgər NATO özünə güvənmirsə ki, Ukrayna səmasında Rusiya ilə qarşılaşmağa hazır deyil, o zaman əlbəttə ki, alyans Ukrayna səmasını bağlamayacaq. Məsələ bu qədər sadədir, ukraynalılar bunu belə anlayır. İndiyə qədər NATO-nun bu məsələyə reaksiyası təəsüfləndiricidir, çünki bu qərar hər bir halda havadan endirilən zərbələrlə öldürülən günhasız ukraynalıların xilası üçün vacibdir", - deyə diplomat vurğulayıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər