Saytımızı qiymətləndirin


 
 

BQKX-ın avtomobilləri Ermənistandan Xankəndinə qayıdıb, uşaq qidası və dərman daşınıb
Tarix: 25-12-2022 | Saat: 13:34
Bölmə:Karusel / Manşet | çapa göndər

BQKX-ın avtomobilləri Ermənistandan Xankəndinə qayıdıb, uşaq qidası və dərman daşınıb - FOTO - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Qarabaginfo.az xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistana gedən avtomobilləri Xankəndi istiqamətə qayıdıb.

 

Avtomobillər geri qayıdarkən yük maşını qida (uşaq qidası) və dərman/tibbi ləvazimatlar daşıyıb. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

Qeyd edək ki, bu gün BQXK müraciəti əsasında ürək və onkoloji xəstələr Xankəndindən Ermənistandan Gorus rayonuna keçməsinə şərait yaradılıb. (apa.az)



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər