Saytımızı qiymətləndirin


 
 

Təhlükə potensiallı obyektlərinin siyahısının təsdiqləyəcək orqan dəyişib
Tarix: 25-07-2022 | Saat: 18:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq ediləcək.

Bundan əvvəl təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər
21-12-2018, 10:17 CNN Batabatdan yazdı