Ukraynada müharibə zamanı 158 uşaq həlak olub
Tarix: 02-04-2022 | Saat: 16:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
2 223 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-04-2022 | Saat: 16:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq isə yaralanıb.
Bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında qeyd olunub
Bildirilib ki, ən çox Kiyev, Donetsk, Xarkov, Çerniqov və Nikolayev regionlarında yaşayan uşaqlar müharibənin qurbanına çevriliblər.
Məlumatda vurğulanıb ki, 18-20 mart tarixlərində Rusiya Silahlı Qüvvələrinin Çerniqov regionunda mülki avtomobilləri artilleriya atəşinə tutması nəticəsində 2-si uşaq olmaqla 13 nəfər həlak olub.
Martın 26-da Mariupolun atəşə tutulması nəticəsində isə 3 uşaq həlak olub.
Məlumatda o da qeyd olunub ki, bombardman və top atəşləri nəticəsində Ukraynada ümumilikdə 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə yararsız hala düşüb.
Xəbəri paylaş
Digər xəbərlər
2-07-2024, 10:24
Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib
30-06-2026, 13:45
Kreml yanacaq idxal edəcəyi ölkələrin adlarını gizli saxlayacaq
24-01-2021, 18:00
Türkiyəli nazir: Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Gentil limanında lövbər salıb
12-03-2021, 16:58
Ombudsman Bəxtiyar Hacıyevlə görüşdü
15-02-2022, 23:23
Nazir Kiyevdən Moskvaya danışıqlara gedir
9-03-2026, 20:18
Hakan Fidan Ceyhun Bayramovla regionda gərginliyin azaldılması üçün mümkün addımları müzakirə edib
















