Saytımızı qiymətləndirin


 
 

İki günə kartlardan 180 min oğurlanıb –"Bankdan məlumat ötürmə faktı yoxdur": DİN-dən AÇIQLAMA
Tarix: 21-12-2024 | Saat: 19:25
Bölmə:Karusel / Kriminal | çapa göndər

Kiber dələduzlar 2 gün ərzində vətəndaşların bank kartlarından 180 min manatdan çox pul oğurlayıblar. 
Qarabaginfo.az bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev öz paylaşımında qeyd edib.
E.Hacıyev deyib ki, fırıldaqçılar xarici nömrələrdən zəng vuraraq bank əməkdaşlarının adları ilə danışır və kartın məxfi kodunu istəyirlər: ““Bankdandır”, “bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb”.
DİN rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, bu tipli zənglərə ehtiyatla yanaşsınlar:
“Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər. Yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır”.
E.Hacıyev son iki günün 19-20 dekabr tarixlərində bank kartlarından oğurlanmış vəsaitləri açıqlayıb. Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
DİN rəsmisi deyib ki, bu sırada elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb: “Heç bir halda bank kartında məxfi məlumatlar naməlum şəxsə verilə bilməz. Çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”.
E.Hacıyev vətəndaşlar arasında bankların bu fırıldaqçılara məlumat ötürməsi barədə səslənən iddiları rədd edib:  “Hansısa bankdan məlumat ötürülməsi faktı yoxdur. Banklarla birgə də işləyirik, əməkdaşlıq var. Banklar riskləri bölüşür”.


Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər