İran rəsmisi: Bölgədə ABŞ-la İsrailin bütün obyektləri qanuni hədəfdir, heç bir “qırmızı xətt”imiz yoxdur
Tarix: 28-02-2026 | Saat: 14:02
Bölmə:Karusel / Region | çapa göndər
68 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-02-2026 | Saat: 14:02
Bölmə:Karusel / Region | çapa göndər
Bölgədə ABŞ və İsrailə məxsus bütün obyektlər İran üçün qanuni hədəfdir.
Qarabaginfo.az xəbər verir ki, bunu adı açıqlanmayan İran rəsmisi “Al Jazeera“ telekanalına deyib.
“ABŞ-la İsrailin Yaxın Şərqdəki bütün maraqları və mövcudluğu bizim üçün qanuni hədəf olacaq. Bu təcavüzdən sonra bizim heç bir “qırmızı xətt”imiz yoxdur və hər şey mümkündür. Hətta daha əvvəl nəzərdən keçirilməyən ssenarilər də baş verə bilər”, - İran rəsmisi qeyd edib.
Onun sözlərinə görə, "İran ABŞ və İsrailin hücumundan təəccüblənməyib".
“Heç bir zaman məhdudiyyəti olmayacaq və kompleks cavab veriləcək. İranın təslim olması və ya özünü cilovlaması ilə bağlı bütün çağırışlar qəbuledilməzdir, bu, sadəcə xəyaldır”, - İran rəsmisi vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
27-10-2022, 11:28
Türkiyə ordusu şəhid verdi
6-07-2023, 12:09
Bu müəllimlər 1270 manat maaş alacaq
20-06-2021, 23:49
Paşinyan və Koçaryan seçkiyə nə qədər pul xərcləyiblər?
17-05-2025, 22:08
Kreml: Putin və Tramp arasında telefon danışığının baş tutması üçün hazırlıqlar gedir
7-04-2022, 20:54
“Yavuz” Qara dənizdə fəaliyyətə başlayır
11-09-2020, 11:54
Bakıda Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək
2-07-2026, 13:30
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb
9-02-2026, 15:42
Rosaviasiya: Rusiya ABŞ ilə birbaşa uçuşları bərpa etməyə hazırdır
















