Saytımızı qiymətləndirin


 
 

İrəvanda təxribat - Milli Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq etdi
Tarix: 04-05-2022 | Saat: 16:29
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Milli Təhlükəsizlik Xidməti paytaxt İrəvanda keçirilən etiraz aksiyasının təşkilatçıları ilə bağlı məlumat yayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Dövlət Xidmətinə daxil olan əməliyyat məlumatına görə, bu gün İrəvanda keçirilən aksiyanın təşkilatçıları etitazçı kütləni parlamentin binasını ələ keçirməyə sövq etmək və onları hər hansı cinayəti törətməyə məcbur etmək niyyətindədirlər.

 

Milli Təhlükəsizlik Xidməti parlamentə yönəlik təxribatın qarşısının alınacağını bəyan edib.

 

Qurum müxalifət liderlərini ölkənin daxili təhlükəsizliyini təhdidi etməkdə, ictimai asayişi və təhlükəsizliyi pozmaqda suçlayıb.

 

Milli Təhlükəsizlik Xidməti aksiyaların təşkilatçıları və iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, təxribatlara uymamağa çağırıb.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər