Saytımızı qiymətləndirin


 
 

3 polis və 1 mülki şəxsi qətlə yetirən Rövşənin - Fotosu
Tarix: 24-06-2024 | Saat: 11:06
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonu Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib.

Qarabaginfo.az xəbər verir ki, polis əməkdaşlarına atəş açan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər əməllərə görə əvvəllər dəfələrlə məhkum olunubmuş.

Hadisə vaxtı 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirən, özü də öldürülən R.Allahverdiyevin fotosunu təqdim edirik:

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq hadisə barədə birgə məlumat yayıb. Bildirilib ki, R.Allahverdiyev polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər