Tarix: 15-09-2022 | Saat: 20:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
Adekvat reaksiyanın və BMT Təhlükəsizlik Şurasının tələblərinin tətbiqinə hədəflənmiş tədbirlərin çatışmazlığı Ermənistanı Azərbaycana qarşı qanusuz güc tətbiqinin nəticələrini möhkəmləndirməyə cəsarətləndirib.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin iclasında deyib. O vurğulayıb ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə bağlı bəyanatlar verməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur
“Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələri gecə vaxtının və çətin relyefin üstünlüklərindən istifadə edərək Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan ordusunun hərbi bölmələri arasındakı yollara minalar basdırmağa çalışaraq genimiqyaslı təxribat törətdi. Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri minaatan və artilleriya da daxil olmaqla müxtəlif silahlardan intensiv atəşə məruz qaldı. Nəticədə həmin gecə Azərbaycan Milli Ordusunun 42 hərbçisi və 8 sərhədçi həlak oldu, hərbi infrastruktura nəzərəçarpan ziyan vuruldu. Azərbaycan özünün suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması, hərbi personalının və dövlət sərhədinə yaxın ərazidə davam edən yenidənqurmada və bərpa işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə adekvat və ölçülü tədbir gördü. Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər legitim hərbi obyektlərə həfdəfli və məhdud olub. Ermənistan nümayəndəsindən eşitdiyimiz ittihamların əksinə olaraq bu ölkənin səhiyyə nazirliyi mülki şəxslər arasında yaralanan olmadığını bəyan edib”.
Yaşar Əliyev vurğulayıb ki, Ermənistan sosial mediasında mülki infrastruktura zərbələr endirilməsini əks etdirən fotolar paylaşılır. Əslində isə bu fotolar 2020-ci il müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki obyektlərinə endirdiyi zərbələr nəticəsində yaranmış dağıntıların görüntüləridir.
Diplomat əlavə edib ki, xüsusilə də 2020-ci il 28 oktyabrda Bərdə şəhərinin mərkəzinə endirilən raket zərbəsi zamanı 21 mülki şəxs öldürülüb, 70-dən çoxu yaralanıb.
Digər xəbərlər