Saytımızı qiymətləndirin


 
 

Naxçıvan MR Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq
Tarix: 21-12-2022 | Saat: 13:48
Bölmə:Karusel | çapa göndər

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

 

İlqar Məhərrəm oğlu Mirzəyev səlahiyyət müddəti 2023-cü il yanvarın 2-də başa çatdığı üçün həmin tarixdən yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələdə əksini tapıb.

Eyni zamanda layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan MR Ali Məhkəmənin hakimləri təyin ediləcəklər:

- Bəylərli Səxavət Şahhüseyn oğlu – Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- Novruzov Səxavət Hüseyn oğlu – Naxçıvan MR İnzibati Məhkəməsinin hakimi.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər