Saytımızı qiymətləndirin


 
 

“Yavuz” Qara dənizdə fəaliyyətə başlayır
Tarix: 07-04-2022 | Saat: 20:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Yavuz” Qara dənizdə fəaliyyətə başlayır

Sabahdan Türkiyənin “Yavuz” kəşfiyyat-qazma gəmisi Qara dənizdə fəaliyyətə başlayır.

Qarabaginfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmi Qara dənizdə təbii qaz hasilatının ilk və ən mühüm mərhələsi olan böyük idarəetmə sistemlərini dəniz dibinə yerləşdirəcək.

Qara dəniz qazının 2023-cü ildə istifadəyə verilməsi üçün Türkiyənin “Fatih”, “Qanuni” və “Yavuz” olmaqla üç nəhəng kəşfiyyat-qazma gəmisi eyni vaxtda işləyəcək.

Türkiyə tərəfindən Qara dənizdə 540 milyard kubmetr təbii qaz aşkar edildikdən sonra ölkənin bu istiqamətdə kəşfiyyat işləri tam sürəti ilə davam edir.

Türkiyə Neft Şirkəti (TPAO) inventarında olan “Yavuz”un “Türkali-2” quyusunda fəaliyyətə başlaması ilə ölkənin üç qazma gəmisi ilk dəfə Qara dənizdə eyni vaxtda xidmət göstərəcək.

Hazırda “Fatih” gəmisi kəşfiyyat qazmalarını, “Qanuni” gəmisi isə “Türkali” quyularında alt tamamlama işlərini həyata keçirir.

“Yavuz” gəmisinin ilk işi “Türkali-2” quyusunda dəniz dibinə böyük idarəetmə sistemləri yerləşdirmək olacaq. Dəniz dibinə yerləşdiriləcək ən kompleks avadanlıq kimi “Milad ağacı” (Christmas tree) kimi tanınan bu sistemlər quyuda təbii qaz hasilatına başlamaq üçün ilk və ən vacib addımdır.

Qeyd edək ki, tikintisi 2011-ci ildə tamamlanan “Yavuz” dünya üzrə bu konseptdə 16 gəmidən biridir.

Uzunluğu 230, eni isə 36 metr olan “Yavuz” altıncı nəsil ultradərin dəniz qazma-kəşfiyyat gəmisidir. Qoşa qüllə dizaynı ilə seçilən gəmi, eyni zamanda, əsas və köməkçi işlərin aparılmasına imkan verir.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər