Bu ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 73 müraciət edilib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb. 

Müraciətlərin 40-ı psixoloji, 32-si fiziki və biri cinsi zorakılıqla bağlı olub.

Müraciət edənlərdən 42 nəfəri əri, 12 nəfəri keçmiş əri və 10 nəfəri valideynləri tərəfindən zorakılığa məruz qalıb. 

Bildirilib ki, onların 62-si qadın, ikisi kişi və doqquzu uşaqdır.