Ukrayna Təhlükəsizlik Şurasının(TŞ) katibi Aleksey Danilov Ukrayna ordusunun uğurlu əks-hücumu nəticəsində müharibənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.
Qarabaginfo.az xəbər ki, Azərbaycanın “Report” agentliyinə müsahibə verən Danilov müharibəni qışa qədər başa çatdırmaq istədiklərini deyib: “Qışa kimi müharibəni tam bitirmək istəyirik”.
Bununla yanaşı, Danilov deyib ki, Ukrayna ordusu ölkə ərazilərini işğalçılardan təmizləmək üçün bir yox, bir neçə əks-hücum əməliyyatı keçirə bilər. Ukrayna TŞ katibi ölkə rəhbərliyinin əməliyyatla bağlı hər hansı vaxt məhdudiyyəti qoymadığını və torpaqlar tam azad olunana qədər mübarizəni davam etdiriləcəyini də əlavə edib.