Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərin elektrik şəbəkəsi yenidən qurulur
Tarix: 11-12-2025 | Saat: 12:40
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Kəlbəcərin elektrik şəbəkəsi yenidən qurulur

Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işləri çərçivəsində Kəlbəcərin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.

“Azərişıq”dan Qarabaginfo.az-a  verilən məlumata görə, Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb.

Məlumata görə, şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində isə işlər yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər