Saytımızı qiymətləndirin


 
 

Saxlanılan general haqda qərar verildi - Yenilənib
Tarix: 02-09-2022 | Saat: 17:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

General-mayor Bəkir Orucov “Tərtər işi”nə görə SAXLANILDI - SON DƏQİQƏ!

 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

***

General-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib. Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər