Tarix: 08-06-2023 | Saat: 12:52
Bölmə:Karusel / Dünya | çapa göndər
Birləşmiş Millətlər Təşkilatı (BMT) hazırda yeganə nüfuzlu “ümumdünya qlobal təşkilat” olaraq qalır, lakin Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.
Qarabaqinfo.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
“Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmasa, biz mövcud çağırışların öhdəsindən gələ bilməyəcəyik”, - deyə Tokayev Qazaxıstanın paytaxtında keçirilən Astana Beynəlxalq Forumunun plenar sessiyası zamanı bildirib.
Onun fikrincə, hazırda faktiki olaraq “BMT yaranandan bəri qurulmuş dünya nizamının əsaslarının sarsıdılması” müşahidə edilir.
O hesab edir ki, iqtisadiyyat beynəlxalq siyasətin müxtəlif aktorları tərəfindən silah kimi istifadə olunur. “İqtisadi siyasətin özü açıq şəkildə silah kimi istifadə olunur. Bu qarşıdurmaya sanksiyalar və ticarət müharibələri, məqsədyönlü borc siyasəti, maliyyə mənbələrinə çıxışın məhdudlaşdırılması və ya onlardan təcrid edilməsi, həmçinin investisiyalara nəzarət daxildir”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.
Xatırladaq ki, Tokayev əvvəllər BMT strukturunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2011-2013-cü illərdə Qazaxıstanın hazırkı prezidenti BMT baş katibinin müavini, BMT-nin Cenevrədəki ofisinin baş direktoru olub.
Digər xəbərlər