Saytımızı qiymətləndirin


 
 

Moldova rus diplomatı ölkədən qovur 
Tarix: 19-04-2023 | Saat: 14:19
Bölmə:Karusel / Region | çapa göndər

Moldova rus diplomatı ölkədən qovur  Moldova Rusiya səfirliyinin bir diplomatını "arzuolunmaz şəxs" elan edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat katibi Daniel Voda məlumat verib. 

O qeyd edib ki, daha iki rus diplomat Kişinyov beynəlxalq hava limanında akkreditasiyadan məhrum ediləcək. Həmçinin bildirilib ki, aprelin 19-da Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov ölkənin Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə dəvət olunacaq və ona nota təqdim ediləcək. 

Qərarın Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Moldovaya girişinin qadağan edilməsi barədə rus diplomatların davranışı ilə əlaqəli olduğu açıqlanıb. 

Xatırladaq ki, aprelin 18-də bir neçə əcnəbi vətəndaşın Moldova dövlət sərhədini keçmək üçün icazə şərtlərinə cavab vermədiyindən ölkəyə girişi qadağan edilib. Onların arasında Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov da var.(Yenisabah) 



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər