Tarix: 21-12-2024 | Saat: 21:24
Bölmə:Karusel / İdman | çapa göndər
İngiltərə millisinin heyətində 1966-cı ildə Dünya Kubokunu qazanan keçmiş futbolçu Corc İstham vəfat edib.
Qarabaginfo.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir.
O, 88 yaşında dünyasını dəyişib.
İstham karyerası ərzində “Arsenal”, “Nyukasl” və “Stok Siti”də oynayıb.
Keçmiş futbolçu İngiltərə millisində 19 oyuna çıxıb və iki qol vurub. 1966-cı ildə çempion olmuş komandanın heyətində yer alsa da, həmin turnirin heç bir oyununda meydana çıxmayıb.
Lakin, İngiltərədə keçirilən finalda əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun İngiltərə millisinin xeyrinə verdiyi obyektiv qərarla çempionluq sevinci yaşayıb. Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramov Britaniya kraliçası tərəfindən “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarına layiq görülüb.
Hazırda həmin heyətdən cəmi üç futbolçu - İan Kallaqan, Terri Peyn və Cefri Herts sağ qalıb.
Digər xəbərlər