Tarix: 22-08-2022 | Saat: 13:34
Bölmə:Karusel / Region | çapa göndər
Moskva vilayətindən qətlə yetirilən Darya Duqinanın avtomobilinin məsafədən idarə olunan bomba ilə partladıldığı məlum olub.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından bildirilib.
Duqinanın avtomobilində olan partlayıcı qurğunun gücü 400 qram tratil ekvivalenti təşkil edib. Partlayıcı qurğunun bir hissəsinin ekspertizaya göndərildiyi bildirilib.
Qeyd edək ki, Darya Duqina Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızıdır.
Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.
Digər xəbərlər