Saytımızı qiymətləndirin


 
 

Türkiyədə müalicə alan iki qazi ölkəyə qayıtdı
Tarix: 19-08-2022 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədə müalicə alan qazilər - Kamran Bünyat oğlu Qeybəliyev və Aqil Mürsəl oğlu Əhmədov ölkəyə geri qayıdıblar.

Bu barədə Qarabaginfo.az-a YAŞAT Fondundan məlumat verilib.

Bildirilib ki, Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb. Ağır yaralanan qazimiz Hafis Talif oğlu Bayramov isə müalicə məqsəd ilə Türkiyəyə göndərilib.

YAŞAT Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 174 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 



Xəbəri paylaş

217 dəfə oxunub.

Digər xəbərlər