Saytımızı qiymətləndirin


 
 

18 Oktyabr Müstəqillik Gününün adı dəyişdirilir
Tarix: 06-10-2021 | Saat: 11:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda 28 May tarixi Müstəqillik Günü kimi qeyd olunacaq. 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü olaraq hər il bayram kimi qeyd ediləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Müstəqillik Günü haqqında” qanun layihəsində qeyd edilib.

 

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.

 

Qeyd edək ki, hazırda 28 May - Respublika Günü kimi qeyd olunur və qeyri iş günüdür. 18 Oktyabr isə Müstəqillik Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra hər iki gün qeyri-iş günü hesab olunacaq.

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub.

Qeyd edək ki, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılıb. 

O zaman 18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı. Çoxları Milli Məclisin Azərbaycan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə enidirməsini mənfi hal kimi qiymətləndirib.

Çünki dünyanın bir çox ölkələrinin müstəqillik əldə etdiyi gün qeyri-iş günü sayılır.



Xəbəri paylaş

291 dəfə oxunub.

Digər xəbərlər