Ana Sayfa > Karusel / Gündəm > 18 Oktyabr Müstəqillik Gününün adı dəyişdirilir
18 Oktyabr Müstəqillik Gününün adı dəyişdirilir6-10-2021, 11:39. Yazar: Admin |
Azərbaycanda 28 May tarixi Müstəqillik Günü kimi qeyd olunacaq. 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü olaraq hər il bayram kimi qeyd ediləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Müstəqillik Günü haqqında” qanun layihəsində qeyd edilib.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq. Qeyd edək ki, hazırda 28 May - Respublika Günü kimi qeyd olunur və qeyri iş günüdür. 18 Oktyabr isə Müstəqillik Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra hər iki gün qeyri-iş günü hesab olunacaq. 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub. Geri dön |