Estoniyada bu gündən etibarən respublikada verilmiş Şengen vizası ilə Rusiya vətəndaşlarına viza verilməsini və ölkəyə girişini məhdudlaşdıran hökumətin fərmanı qüvvəyə minir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-lərində məlumat dərc edilib. 

İndi yalnız Estoniya vətəndaşı olan və ya uzunmüddətli yaşayış icazəsi olan yaxın qohumunu ziyarət etmək üçün Estoniyaya gələn Rusiya Federasiyasının vətəndaşları Estoniya vizası üçün müraciət edə bilərlər. Həmçinin, respublikada işləyən rusiyalı diplomatlar və onların ailə üzvləri, beynəlxalq ticarət və sərnişin daşımaları işçiləri, Avropa İttifaqı qanunvericiliyi əsasında səyahət edə bilən şəxslər və Estoniyanın viza verilməsini humanist əsaslarla əsaslandırılmış hesab etdiyi şəxslər də viza ala bilər.

Başqa ölkə tərəfindən verilmiş Şengen vizası olan Rusiya vətəndaşları respublikaya daxil ola bilərlər.

Belə ki, Estoniyanın daha əvvəl turizm, biznes, idman və ya mədəniyyət məqsədi ilə Şengen vizası verdiyi ruslar Narva, Luhamaa və ya Koidula sərhəd məntəqələrindən ölkəyə daxil ola bilməyəcəklər.