Tarix: 07-02-2023 | Saat: 13:31
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin 3 vilayətinə avtomobillərin girişi yasaqlanıb.
Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti açıqlayıb.
Bildirilib ki, Hatay, Kahramanmaraş ve Adıyamana yerli vaxtla saat 11.00-dan etibarən 48 saat müddətinə nəqliyyat vasitələrinin daxil olması dayandırılıb.
Təbii fəlakətlə bağlı ləvazimatların nəql olunmasını həyata keçirən maşınlar isə istisna təşkil edəcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.Modern.az
Digər xəbərlər