Saytımızı qiymətləndirin


 
 

İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Tarix: 03-08-2022 | Saat: 14:41
Bölmə:Karusel / Region | çapa göndər

İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? İranın “Tahlil Bazaar” saytı yazır ki, "İran rejiminin lideri Xamenei Tehranda Putinlə görüşündə ondan xahiş edib ki, Rusiya İranın vasitələri ilə Zəngəzurun azad edilməsinə mane olsun".

İran niyə Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil? 

Mövzunu şərh edən politoloq Şəbnəm Hənəsova Yenisabah.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bölgədə Azərbaycan və Türkiyənin mövqeyinin daha da möhkəmlənəcək. Bundan nəinki regional, qeyri-regional aktorlar da ciddi narahatlıq keçirirlər: 

"Çünki illərlə hesablanıb, formalaşdırmış nizamda ciddi dəyişiklik olacaq. Bu nizamda korrektələri ehtiyatlı etmək istəyirlər. 

Təşəbbüsü verən tərəf bizik, yəni Türkiyə və Azərbaycan. Xarici siyasətdə atdığımız və atacağımız addımlar sinxron şəkildə gedir.

Təşəbbüsü ilkin göstərən tərəf həmişə daha üstün mövqedə olur. İran buna həm Türkiyə və Azərbaycan tərəfindən bir növ “çevrələnmək” kimi yanaşır, həm də mövcud Ermənistan-İran biznes əlaqələrinin ən azından artım dinamikasına mane olacağını hesablayır.

Başqa maraqlı bir amil odur ki, ABŞ-İran kəskin mövqeyinin əksinə olaraq ABŞ-ın hələ də ATƏT-in Minsk qrupunu gündəmdə saxlamağa çalışması, paralel olaraq da Ermənistana İranla iqtisadi əlaqələri kəsməyə, ya tempi aşağı salmağa məcbur etməməsi fonunda bu halda sanki İranın dəhlizin açılmasına daha da qarşı çıxmasına rəvac verilmiş olur.

Azərbaycanın və Türkiyənin təklif etdiyi əməkdaşlıq formatı bölgədə sülhün daha da möhkəmlənməsinə, iqtisadi potensialın maksimum üzə çıxarılmasına, bütövlükdə bölgə xalqlarının rifah halının yüksəlməsinə xidmət edir. Realist yanaşmaq lazımdır ki, dünyada cərəyan edən proseslərə nəzər yetirərkən böyük güclərin beynəlxalq təşkilatlarda dominantlığının daha qabarıq nəzərə çarpması fonunda regional aktorların gücünü bir yerə qoymasına ehtiyac daha da labüdləşir".

Politoloq bildirib ki, Rusiyanın dəhlizin açılmasında maraqlı olduğunu düşünür: 

“Bunun əksi olsaydı, rəsmi olaraq statusla bağlı, ya ATƏT-in Minsk Qrupu ilə bağlı mövcud ritorikadan kənar bir ritorikanın şahidi olardıq. Həm də Rusiyanın digər regionlardan kəsilən iqtisadi gəlir boşluğunu bu istiqamətdə doldurmaq planlarını artıq hesabladığının şahidiyik. O zaman sual oluna bilər ki, axı Rusiya sülhməramlıları tam olaraq vəziyyətə nəzarət etmək missiyalarını yerinə yetirmir? Bu halda isə realist yanaşma budur ki, hər bir tərəf maksimum pay, fayda götürmək baxımından bəzən birbaşa olmasa da, dolayı vasitələrlə maraqlarını təmin etməyə çalışır. Bunun isə bir yolu var. O hazırda Azərbaycan dövlətinin diplomatik masada, qalib ordumuzunsa sərhəddə müxtəlif forma və səpgidə təxribatlara ayıq-sayıq yanaşmasının eyni qətiyyətlə davam etdirilməsidir.

Azərbaycan və Türkiyə heç bir dövlətə qarşı siyasət və proqram yürütmür. Zəngəzur dəhlizinin açılması Rusiyanın Yaxın Şərqə çıxışını da təmin edəcək. Hər bir dövlətin marağını təmin etməsinin miqyası onun ehtiyacının ölçüsü ilə müəyyənləşir. Bu baxımdan da zənnimcə, Rusiyanın İrandan daha çox, İranın Rusiyaya ehtiyacı var. Türkiyə-Azərbaycanın daha da güclənməsi Rusiyanın addımlarını ilkin olaraq özünün Türkiyə-Azərbaycanla uzlaşdırmaqda maraqlı olduğunu görürük".(Yenisabah)



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər
16-12-2021, 16:50 Peyvənd olunanların SAYI