Saytımızı qiymətləndirin


 
 

Səlim Müslümov ev dustaqlığına BURAXILDI
Tarix: 26-05-2022 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

Məhkəmə Səlim Müslümovun səhhəti ilə bağlı onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Xatıladaq ki, sabiq nazirin atası Yanvaq Müslmüov bir neçə gün əvvəl oğlunun səhhətinin ağırlaşdığını bildirmişdi.

Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 

Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Eks-nazirin ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org yayıb.



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər