Böyük Britaniya Türkiyəyə tətbiq etdiyi müdafiə sənayesi məhsullarına ixrac məhdudiyyətləri aradan qaldırılıb.
Qarabaginfo.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə sənayesi naziri İsmail Demir məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyəyə qarşı ixrac məhdudiyyətləri tamamilə ləğv olunub.
İsmail Demir xüsusilə, Türkiyə ilə İngiltərə arasında təyyarə mühərrikləri ilə bağlı danışıqların davam etdiyii vurğulayıb. O bildirib ki, görüşlərdə müsbət nəticə qazanılıb.
"Türkiyənin son zamanlar dilə gətirdiyi təhlükəsizliklə bağlı narahatlıqlar var. Bu narahatlıqlar Böyük Britaniyada ciddi şəkildə dinlənilib", - deyə İsmail Demir qeyd edib.