Saytımızı qiymətləndirin


 
 

Sabah 38 dərəcə isti olacaq
Tarix: 22-08-2022 | Saat: 12:52
Bölmə:Karusel / Sosial | çapa göndər

Sabah 38 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər
17-02-2022, 22:00 Manaf Ağayev saxlanılıb