Saytımızı qiymətləndirin


 
 

Borrell: “Brüssel görüşünü alqışlayırıq“
Tarix: 24-05-2022 | Saat: 17:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunacağı təqdirdə onun həyata keçirilməsini dəstəkləyəcək - Jozep Borrell

Avropa İttifaqı Ermənistan və Azərbaycan başçılarının Brüsseldə keçirilən görüşünü alqışlayaraq, sülhün bərqərar olması üçün səylərini davam etdirir".

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

“Biz Avropa İttifaqı Şurasının prezidenti tərəfindən təşkil olunan Ermənistan və Azərbaycan başçılarının üçüncü üçtərəfli görüşünü alqışlayırıq. Biz sabit sülhün bərqərar olması dinamikasına töhfə verəcək konkret addımlar görəcəyimizə ümid edirik. Avropa İttifaqı regionda barışıq və sülh səylərində fəal iştirak etməkdə davam edir”, - Josep Borrell "Twitter"-dəki mikrobloqunda yazıb.



Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər