Saytımızı qiymətləndirin


 
 

Zelenski Putinlə görüş üçün əsas şərtini açıqlayıb
Tarix: 03-04-2022 | Saat: 20:46
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Putinlə Zelenski arasında görüşün təşkil edilməsini əsas vəzifə adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtini açıqlayıb.

Ukrayna lideri qeyd edib ki, ilk növbədə tam atəşkəsə nail olmaq lazımdır.

"Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir Prezident kimi mən bunu etməliyəm", - Zelenski deyib.

Ukrayna Prezidentinib sözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq üçün müharibəni dayandırmaq üçün dialoqdan başqa başqa yol yoxdur.

"Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya belə gələ bilmirəm. Ona görə də, əvvəlcə atəş dayandırılmalıdır. Onda görüş keçirə bilərik”, - Zelenski əlavə edib.



Xəbəri paylaş

1346 dəfə oxunub.

Digər xəbərlər