Saytımızı qiymətləndirin


 
 

“Leopard” tankları “Mercedes” kimidir - Ukraynalı hərbçi
Tarix: 21-02-2023 | Saat: 17:24
Bölmə:Karusel / Region | çapa göndər

“Leopard” tankları “Mercedes” kimidir - Ukraynalı hərbçi

 

Ukrayna ordusunun hərbi qulluqçuları Almaniyanın şimal-qərbindəki Münster şəhərində yerləşən böyük hərbi poliqonda "Leopard 2" tanklarını idarə etmək üçün təlim keçirlər. 

 

Qarabaginfo.az "Reuters"ə istinadən xəbər verir ki, hərbçilər əvvəlcə simulyatorda, daha sonra əsl tanklarda öyrədilir.

 

“Bu müasir silahdan ağılla istifadə etməyimiz çox vacibdir, bu, sıçrayış gətirəcək və biz sonda qalib gələcəyik”, - deyə 57 yaşlı ukraynalı hərbçi bildirib.

 

Ukraynalı hərbi qulluqçu Qərb və sovet tankları arasındakı fərq barədə suala belə cavab verib: "Siz bunu “Mercedes”lə “Jiquli” arasındakı fərq kimi təsəvvür edə bilərsiniz".(modern.az)

 

Almaniyanın Ukraynaya göndərəcəyi tanklar "Krauss-Maffei Wegmann" tərəfindən istehsal olunub, çəkisi 60 tondan artıqdır, 120 mm-lik silaha malikdir və 4 kilometr məsafədəki hədəfləri vura bilir.

 

Berlinin Ukraynaya göndərəcəyi "Marder" piyada döyüş maşınında təlim keçən başqa bir əsgər Qərb sistemlərinin ukraynalıların istifadə etdiyi Sovet istehsalı maşınlardan o qədər də fərqlənmədiyini bildirib.

 

"Oxşar silah sistemləri ilə təcrübəmiz var... Məntiq eynidir, bəzən təlimatçıları başa düşmək üçün tərcüməçilərə belə ehtiyacımız olmur", - deyə 33 yaşlı hərbçi vurğulayıb.

 

Əsgərlər həftənin altı günü 12 saat təlim keçirlər. Onlar martın sonuna kimi Ukraynaya qayıtmağa hazırlaşır.

 

Təlimdə iştirak edən ukraynalı hərbçi qorxuları barədə belə deyib: "Qorxu? Bəli, hamı qorxur. Ancaq qorxunuzun öhdəsindən necə gəldiyiniz və necə mübarizə aparmağınız çox vacibdir".



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər