Saytımızı qiymətləndirin


 
 

Dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır
Tarix: 31-05-2020 | Saat: 07:33
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

COVID-19 pandemiyası ərzində dünyada 6 milyondan çox insan koronavirusla bağlı analizlərin müsbət nəticəsinı alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report" xarici mətbuata istinadən məlumat yayıb.

Qeyd edilir ki, təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 096 799 təşkil edir.

Bundan başqa, dünyada 368 871 pasiyent infeksiyanın qurbanı olub. Bu halda 2 702 383 nəfər xəstəlikdən sağalıb.

Hazırda aktiv yoluxma hallarının sayı 3 025 545 nəfərdir. Xəstələrin 53 500-ü ağır vəziyyətdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Xəbəri paylaş

396 dəfə oxunub.

Digər xəbərlər