Saytımızı qiymətləndirin


 
 

Paşinyan kimə prezidentlik vəd edib? - Ermənistanda mübarizə kəskinləşir
Tarix: 11-06-2021 | Saat: 12:30
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan kimə prezidentlik vəd edib? - Ermənistanda mübarizə kəskinləşir

“Nikol Paşinyan Stepan Dəmirçyanı “Vətəndaş Müqaviləsi” blokunun siyahısına daxil edə bilməyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu müxalif erməni nəşri olan “Hraparak” qəzeti yazıb.

Nəşrin iddiasına görə, bu mövzuda aparılan danışıqlar uğursuz olub, lakin yenidən seçilmə halında, Paşinyan Dəmirçyana sərt siyasi rəqiblərinə qoşulmamaq şərti ilə, prezidentlik vəd edib.

"Hraparak" qəzeti mövzunu inkişaf etdirərək yazır: “Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Stepan Dəmirçyandan rəhbərlik etdiyi Ermənistan Xalq Partiyası üzvlərindən radikal müxalifəti və xüsusilə, ikinci prezident Robert Köçəryanın blokunu tənqid etməsini istəyib. Əvvəlki seçkilərdə olduğu kimi, Dəmirçyanın da Erməni Milli Konqresi siyahısında yer alacağı və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın ona belə bir təklif etdiyi barədə şayiələr yayılıb. Ancaq göründüyü kimi, Dəmirçyan Paşinyanın vədini ciddi qəbul edib və gələcəkdə prezident olmaq perspektivini bəyənib. Bu günlərdə fəal şəkildə müsahibə verən və Robert Köçəryanı, eləcə də Levon Ter-Petrosyanı tənqid edən Qriqor Arutyunyanın simasında o, yeganə ağır artileriyasını işə salıb”. (Yenisabah.az)



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər