Saytımızı qiymətləndirin


 
 

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib
Tarix: 28-07-2022 | Saat: 17:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov Brüsselə getdi

Biz müxtəlif platformalarda gənclərin potensialından istifadə etməliyik.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış mərasimində bildirib.

Nazirin sözlərinə görə, bu sammitdə dörd qitənin gəncləri iştirak edib.

Sammiti tarixi hadisə adlandıran nazir deyib ki, bu sammitdə fikir və ideyaların mübadiləsi baş tutub: “Gənclərin gücü əvəzsiz dəyərdir. Biz gənclərə dəyər veririk, onların potensialından istifadə edirik”.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra təşəbbüslər irəli sürüb ki, bunlardan biri də Gənclər Şəbəkəsinin yaradılması idi: “Bu şəbəkə beynəlxalq səviyyədə əhatə qazanıb. Şəbəkənin gəncləri Belqradda görüşüblər”.

Ceyhun Bayramov Qoşulmama Hərəkatının dəyəri barədə də danışıb. O diqqətə çatdırıb ki, sosial, iqtisadi, etnik, dini fərqliliklərə baxmayaraq, üzv ölkələr müxtəlifliklərin öhdəsindən gələrək birgə əməkdaşlığı sübut ediblər: “Mən inanıram ki, gənclər öz ölkələrinin təmsilçisi olaraq vahid ideyalar naminə birləşəcək”.

Azərbaycan XİN başçısı vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəallığını və öndə olmasını təmin və təşviq edib: “Üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz 2023-cü ilin sonuna qədər uzadılıb ki, bu da bizə olan etimadın göstəricisidir”.

Nazir əlavə edib ki, qlobal sülh üçün qətiyyətli olmalı, universal normalara əməl edilməlidir: “Biz əməkdaşlığı təşviq edir, Bandunq prinsiplərinin bizim gələcək fəaliyyətimizin əsasında dayanması üçün çalışırıq”.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər