Saytımızı qiymətləndirin


 
 

ABB: Ehtiyat ayırmalar bankın dayanıqlığını təmin etmək üçün artırılıb
Tarix: 22-07-2022 | Saat: 18:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABB: Ehtiyat ayırmalar bankın dayanıqlığını təmin etmək üçün artırılıb

"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov 2022-ci ilin birinci yarısının nəticələrinə görə, Bankın mümkün zərərlər üzrə ehtiyat ayırmaları artırması məsələsinə aydınlıq gətirib.

Qarabaginfo.az xəbər verir ki, Abbas İbrahimov “APA-Economics”ə açıqlamasında bildirib ki, mümkün zərərlərin ödənilməsi üçün ehtiyat ayırmaları bankın dayanıqlığının təmin edilməsi üçün artırılır.
“Kredit portfeli böyüdükcə, kreditləşmə artdıqca banklar öz xərcləri hesabına bu ehtiyatları ayırırlar ki, bank daha dayanıqlı olsun. ABB-nin ötən dövr ərzində kredit portfeli böyüyüb. Ona görə də müvafiq məbləğdə ehtiyatlar ayrılıb. Bunlar da xərclər hesabına həyata keçirilir” -deyə, İdarə Heyətinin sədri əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin 6 ayının nəticələrinə görə, ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları artıraraq 35,4 milyon manata çatdırıb. Ötən ilin eyni dövründə bu rəqəm cəmi 1,4 milyon manat olmuşdu. Bankın kredit portfeli isə bu dövrdə 28% artaraq 174,438 milyon manata yüksəlib.



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər