Ana Sayfa > Karusel / Gündəm > ABB: Ehtiyat ayırmalar bankın dayanıqlığını təmin etmək üçün artırılıb
ABB: Ehtiyat ayırmalar bankın dayanıqlığını təmin etmək üçün artırılıb22-07-2022, 18:35. Yazar: Admin |
"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov 2022-ci ilin birinci yarısının nəticələrinə görə, Bankın mümkün zərərlər üzrə ehtiyat ayırmaları artırması məsələsinə aydınlıq gətirib. Qarabaginfo.az xəbər verir ki, Abbas İbrahimov “APA-Economics”ə açıqlamasında bildirib ki, mümkün zərərlərin ödənilməsi üçün ehtiyat ayırmaları bankın dayanıqlığının təmin edilməsi üçün artırılır. Qeyd edək ki, 2022-ci ilin 6 ayının nəticələrinə görə, ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları artıraraq 35,4 milyon manata çatdırıb. Ötən ilin eyni dövründə bu rəqəm cəmi 1,4 milyon manat olmuşdu. Bankın kredit portfeli isə bu dövrdə 28% artaraq 174,438 milyon manata yüksəlib. Geri dön |