Saytımızı qiymətləndirin


 
 

Ailə Komitəsindən Lənkəran olayına CAVAB:
Tarix: 22-07-2022 | Saat: 10:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ailə Komitəsindən Lənkəran olayına CAVAB: “Bir nəfərin qanunsuz hərəkətinə görə ümumi vəziyyət haqqında rəy çıxartmaq düzgün deyil. Bu məsələləri hüquq-mühafizə orqanları araşdırır. Biz bu barədə araşdırmaların nəticələrini bilmədən hər hansı bir iddia irəli sürə bilmərik”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O, Lənkəran icra başçısının müavini Rəsilə Əliyevanın 2500 manat müqabilində erkən nikah üçün rəylər verməsinə dair iddialara münasibət bildirib:

“Bir nəfərin hərəkətinə görə, ümumi vəziyyət haqqında rəy çıxartmaq düzgün deyil. Bu məsələləri hüquq-mühafizə orqanları araşdırır. Biz bu barədə araşdırmaların nəticələrini bilmədən hər hansı bir iddia irəli sürə bilmərik.

Qanunvericiliyə əsasən, nikah yaşının 1 yaş azaldılması səlahiyyəti yerli icra hakimiyyəti orqanlarındadır. Qanunvericilik nikah yaşının azaldılmasına icazə verirsə, icra hakimiyyəti ilk növbədə bu müraciətin əsasında duran səbəbləri araşdırmalıdır. Ailə Məcəlləsinin 10.2-ci maddəsinə əsasən,  üzrlü səbəblər olduqda, 1 ildən çox  olmayaraq, nikah yaşı azaldıla bilər. Bu üzrlü səbəblərin hansılar olmasına gəlincə, yetkinlik yaşına çatmayanların mənafeyi baxımından qərar çıxarılır.

Azərbaycanda erkən nikahlarla bağlı mübarizə hazırda gücləndirilib. 2020-ci ildə Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə qohumlar arasında erkən nikahın mənfi nəticələrinə dair maarifləndirilmə qaydası” təsdiq edib. Həmin orqanlar gördükləri işlər istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabat təqdim edirlər. Həmin hesabatlar ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunur. Belə məsələlərdə vətəndaş cəmiyyətinin həssaslığı da göz önündədir. Bu il ərzində çoxlu sayda müraciət daxil olub və həyata keçirilməsinə müdaxilə edilib".

 



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər
21-03-2024, 12:42 Sabah yağış yağacaq