“Şimali Avropa ölkələrində nüvə obyektləri peyda olsa, Rusiya ilə NATO arasında müharibə başlayacağı təqdirdə onlar qanuni hədəfə çevriləcək”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Anlamaq üçün hərbi strateq olmaq lazım deyil: bu cür obyektlər birbaşa təhlükə mənbəyi olacaq və təbii ki, ölkəmizləNATO arasında birbaşa hərbi toqquşma ssenarisi ilə müəyyən edilmiş qanuni hədəflər siyahısına daxil ediləcək”, – Zaxarova deyib.
Onun sözlərinə görə, nəticədə nüvə silahına sahib olan ölkələrin təhlükəsizliyi zərər görəcək.
“Finlandiya vətəndaşlarının üzləşəcəkləri risklərdən nə dərəcədə xəbərdar olduqları böyük sualdır”, – XİN rəsmisi qeyd edib.
Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stub bildirmişdi ki, ölkədə real nüvə qarşısının alınması vasitələri olmalıdır. Strub prezidentlik kampaniyası zamanı NATO nüvə silahlarının Finlandiya vasitəsilə daşınmasına icazə verilməsinin tərəfdarı idi. Hazırda Finlandiya qanunvericiliyi ölkədə nüvə yüklərinin idxalını, istehsalını, saxlanmasını qadağan edir.