Saytımızı qiymətləndirin


 
 

Bu gün doktorantura səviyyəsinə sənəd qəbulu başa çatır
Tarix: 10-05-2022 | Saat: 11:12
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bu gün doktorantura səviyyəsinə sənəd qəbulu başa çatır

Bu gün saat 23:59–da ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi başa çatacaq.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.



Xəbəri paylaş

264 dəfə oxunub.

Digər xəbərlər