Saytımızı qiymətləndirin


 
 

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Tarix: 19-05-2026 | Saat: 09:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarında əsas indekslər son 24 saatda fərqli istiqamətdə dəyişib.

Qarabaginfo.az xəbər verir ki, ABŞ fond bazarlarında indekslər üzrə qarışıq dinamika müşahidə olunub. Dow Jones indeksi 0,32% artaraq 49 686,12 bəndə yüksəlib. S&P 500 indeksi 0,07% azalaraq 7 403,05 bəndə enib. Nasdaq Composite indeksi isə 0,51% geriləyərək 26 090,73 bənd təşkil edib. NYSE Composite indeksi 0,44% artaraq 22 900,57 bəndə yüksəlib. Kanada fond bazarında S&P/TSX Composite indeksi 1,27% azalaraq 33 833,35 bəndə düşüb.

Avropa fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,36% artaraq 5 849,00 bəndə yüksəlib. FTSE 100 indeksi 1,26% bahalaşaraq 10 323,75 bənd, DAX indeksi 1,49% artaraq 24 307,92 bənd olub. CAC 40 indeksi 0,44% yüksələrək 7 987,49 bəndə çatıb. IBEX 35 indeksi isə 0,75% artaraq 17 755,10 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionu fond bazarlarında isə qarışıq dinamika müşahidə olunub. Nikkei 225 indeksi 0,43% azalaraq 60 555,00 bəndə enib. TOPIX indeksi 0,59% artaraq 3 849,02 bəndə yüksəlib. Hang Seng indeksi 0,39% bahalaşaraq 25 774,26 bənd təşkil edib. CSI 300 indeksi 0,49% azalaraq 4 809,87 bəndə düşüb. S&P/ASX 200 indeksi 0,94% artaraq 8 584,90 bənd olub. Bununla yanaşı, MSCI AC Asia Pacific indeksi 0,64% azalaraq 264,61 bəndə geriləyib.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər