Saytımızı qiymətləndirin


 
 

“Bakı və İrəvanın mövqeləri yaxınlaşdırılıb“ - Rusiya XİN
Tarix: 06-07-2022 | Saat: 15:15
Bölmə:Karusel / Region | çapa göndər

“Bakı və İrəvanın mövqeləri yaxınlaşdırılıb“ - Rusiya XİN

"Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli qrup çərçivəsində işlər davam edir".

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib.

“Üçtərəfli işçi qrupunun iyunun 3-də Moskvada keçirilmiş görüşünün nəticələrinə, eləcə də həmsədrlərin Sankt-Peterburq Beynəlxalq Forumu çərçivəsində təmaslarına əsasən nəqliyyat kommunikasiyalarının bərpasının müxtəlif aspektləri üzrə tərəflərin mövqelərini yaxınlaşdırmaq istiqamətində müəyyən irəliləyiş əldə olunub.

Məlum olduğu kimi, üçtərəfli işçi qrupu çərçivəsində İrəvanın, Bakının və onların qonşularının maraqlarına uyğun olaraq regionda dəmir yolu və avtomobil əlaqəsinin işə salınması müzakirə olunur. Həmsədrlər konkret razılıqlar əldə olunan zaman işlərinin nəticələri barədə mətbuata ayrıca məlumat verəcəklər”, - deyə Zaytsev qeyd edib.



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər